Hücum əməliyyatları zamanı ciddi itki vermiş Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci ordusunun ayrı-ayrı bölmələrinin yenidən qruplaşdırılması həyata keçirilir.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd edilib ki, bir neçə bölmə Çernobıl rayonundan döyüş qabiliyyətlərinin bərpa edilməsi üçün Belarus ərazisinə aparılıb: "İstisna edilmir ki, sonradan gücləndirilmiş həmin hərbi bölmələr Kiyevin cənub-qərb istiqamətindən mühasirəyə alınması üçün hərbi əməliyyatlara cəlb ediləcək".
Milli.Az