Ukraynanın müdafiəsində iştirak edən "Bumboks" musiqi qrupunun lideri Andrey Xlıvnyuk döyüş zamanı yaralanıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xlıvnyuk Rusiya hərbçiləri tərəfindən minaatanlardan açılan atəş nəticəsində yaralanıb.
Belə ki, qəlpələr sənətçinin üzünə xəsarət yetirib.
Onun hazırda özünü yaxşı hiss etdiyi qeyd olunub. Musiqiçi öz rəsmi instaqram hesabında yaralandıqdan sonra üzünün halını əks etdirən fotolar paylaşıb.
Milli.Az