Dünya

Medvedev Rusiyanın 4 halda nüvə silahı tətbiq edə biləcəyini deyib

26 Mart 2022 11:30
0 Şərh     Baxış: 2 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyanın nüvə silahını istifadə etməsi üçün bir neçə əsası var. Bütün bu əsaslar müvafiq sənəddə öz əksini tapıb və bu ölkənin öz suverenliyini qorumaq qətiyyətini nümayiş etdirir. Amma istənilən çətin vəziyyətdə ən doğrusu danışıqlardı".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində söyləyib.

O, ölkəsinin 4 halda nüvə silahı tətbiq edə biləcəyini vurğulayıb.

O, Rusiyaya nüvə təyinatlı raketlərlə zərbələr endirildikdə, Rusiyaya yaxud müttəfiqlərinə nüvə bombası ilə zərbələr endirildikdə, ölkənin nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək vacib infrastruktura hücum olunduqda və nəhayət ölkənin mövcudluğunu təhlükə altına alacaq hücum gerçəkləşdikdə Moskvanın nüvə silahından istifadə edə biləciyini söyləyib.

Sonuncu halda o, Rusiyaya hücumun adi silahlarla gerçəkləşsə belə, nüvə silahı tətbiq olunacağını əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.