Dünya

Sabiq nazir 8,5 il müddətinə həbs edildi

25 Mart 2022 20:09
0 Şərh     Baxış: 1 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniya Ali Məhkəməsi sabiq maliyyə naziri Sebastyan Vladeskunu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, S.Vladesku korrupsiyada və 2005-ci ildə Rumıniya Dəmir Yollarına (CFR) dəstək olmaq üçün yönəldilmiş dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda təqsirli bilinib.

Ehtimala görə, 2005-2011-ci illər ərzində qeyri-qanuni əməliyyatların dövriyyəsi 100 milyon dollardan çox olub.

Qeyd edək ki, Vladesku 2005-2007-ci illərdə, həmçinin 2009-2010-cu illərdə Rumıniyanın Maliyyə Nazirliyinə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.