Dünya

Bütün gecə Rubejnoye atəşə tutulub: ölənlər var

25 Mart 2022 15:26
0 Şərh     Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya əsgərlərin Rubejnoyeni atəşə tutması nəticəsində 2 nəfər həlak olub.

Milli.Az bildirir ki, bu barədə özünün Facebook səhifəsində Luqansk vilayət hərbi-mülki administrasiyasının sədri Sergey Qayday məlumat verib.

"Rusiya bütün gecə ərzində bizi atəşə tutub. İki cəbhəçi ölüb. Davamlı atəşə tutulduğundan xilasedicilər mərmilərin səbəb olduğu yanğınları söndürə bilməyiblər. Cəbhə xətti dəyişməz qalıb. Ən çox gecə saatlarında rus əsgərləri atəş açıblar. Kremennaya, Novodrujesk, Lisiçansk, Popasnaya, Severodonetsk və Rubejnoye. Orkların qismən daxil olduğu Popasnaya və Rubejnoyedə düşmən irəliləməyib, şəhərlər Ukrayna bayrağı altındadır", - deyə o yazıb.

Qayday qeyd edib ki, mərmilərin atılması nəticəsində yaşayış binaları zədələnib, mənzillərdə yanğınlar başlayıb. Rubejnoyedə iki ölü cəsədi küçədə tapılıb.

O, həmçinin əlavə edib ki, Fövqəladə Hallar Dövlət Xidmətinin çağırışlara cavab verməsi olduqca çətindir, aramsız atəşə məruz qaldığı üçün yanğınların söndürülməsi çətinləşib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.