Zenit-raket qoşunları Rusiyanın bir Su-34 qırıcı-bombardmançı təyyarəsini, dörd qanadlı raketi və bir PUA-nı məhv edib.
Milli.Az bildirir ki, bu barədə Facebook-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
Hesabatda qeyd edilir ki, rus qoşunları Ukraynanın hava məkanında aviasiya fəaliyyətini azaldıb, lakin hava kəşfiyyatı aparmaq üçün operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatlarının və digərlərinin sayını artırırlar.
Məlumatda qeyd edilir ki, hazırda operativ-taktiki səviyyəli bir PUA zenit-raket kompleksləri ilə vurulur, Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələri Xarkov vilayətində bir Su-34 qırıcı-bombardmançı təyyarəsini və dörd qanadlı raketi məhv edib.
Aslan Məmmədov
Milli.Az
 PUL
PUL 
                
                             
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                        .png) 
                        .png) 
                        .jpg) 
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        