Dünya

Ukraynada 58 təcili yardım maşınına atəş açılıb, 6 həkim öldürülüb

23 Mart 2022 20:55
1 Şərh     Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbi qüvvələri Ukraynada 58 təcili tibbi yardım maşınına atəş açıb və 6 ukraynalı həkimi öldürüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşko Feysbuk səhifəsində məlumat verib.

"Müharibə hər şeyi dəyişdi: planları, prioritetləri, rəyləri. Mən heç vaxt düşünməmişdim ki, tibb işçiləri üçün gülləkeçirməz jiletlər alacağıq. Amma Rusiyadan gələnlərin hərəkətləri ucbatından artıq 58 təcili tibbi yardım maşını atəşə tutulub və 6 nəfərimiz həlak olub", - nazir qeyd edib.

Nazir əlavə edib ki, bu gün gülləkeçirməz jiletlərin ilk partiyası hər şeyə baxmayaraq, güllələr altında aktiv döyüş zonasının sərhədində ukraynalıları xilas edən təcili tibbi yardım işçilərinə təhvil verilib.

Qeyd edək ki, martın 21-nə kimi Ukraynada müharibə başlayandan bəri xəstəxanalara və həkimlərə 52 hücum qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.