Rusiya hərbçiləri Çerniqovla Kiyevi birləşdirən körpünü partladıblar.
Milli.Az bildirir ki, bu barədə "qafqazinfo" UNİAN-a istinadən xəbər verir.
Məlumata görə, martın 23-nə keçən gecə ruslar şəhəri Kiyevlə birləşdirən Desna üzərindən keçən avtomobil körpüsünə aviabombalar atıblar.
Sosial şəbəkədə dağılmış körpünün videosu yayılıb. Zərbə nəticəsində körpünün aşırımlarından birinin uçduğu görünür.
Milli.Az