Ruslar Çerniqovu Kiyevlə birləşdirən körpünü partlatdı - VİDEO

23 Mart 2022 13:42

Rusiya hərbçiləri Çerniqovla Kiyevi birləşdirən körpünü partladıblar.

Milli.Az bildirir ki, bu barədə "qafqazinfo" UNİAN-a istinadən xəbər verir.

Məlumata görə, martın 23-nə keçən gecə ruslar şəhəri Kiyevlə birləşdirən Desna üzərindən keçən avtomobil körpüsünə aviabombalar atıblar. 

Sosial şəbəkədə dağılmış körpünün videosu yayılıb. Zərbə nəticəsində körpünün aşırımlarından birinin uçduğu görünür.

Milli.Az