Dünya

Qəzaya uğrayan “Boeing 737”nin sərnişinlərinin meyitləri hələ tapılmayıb

22 Mart 2022 11:36
0 Şərh     Baxış: 1 027
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xilasedicilər hələ Çinin cənubunda qəzaya uğrayan "Boeing 737" təyyarəsinin sərnişinlərin və ekipaj üzvlərinin meyitlərini tapmayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası xilasedicilərə istinadən məlumat yayıb.

"Xilasedicilərin məlumatına görə, qəzaya uğrayan təyyarənin qalıqları hadisə yerində tapılıb, lakin itkin düşənlər hələ tapılmayıb", - telekanal səhər saat 9:50-də (Bakı vaxtı ilə saat 05:50) bildirib.

Axtarış-xilasetmə işləri davam edir. Qeyd olunur ki, dağlıq ərazi axtarış işlərinin aparılmasında böyük çətinliklər yaradır.

Qeyd edək ki, hadisə bazar ertəsi olub. "China Eastern Airlines" şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsinin Uçjou şəhər dairəsində, Ten ərazisində qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Mülki Aviasiya İdarəsi göyərtəsində 132 nəfərin, o cümlədən 123 sərnişin və 9 ekipaj üzvü olan "China Eastern Airlines"ə məxsus təyyarənin qəzaya uğradığını təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.