Dünya

Zelenskidən Avropa ölkələrinə çağırış

21 Mart 2022 19:34
0 Şərh     Baxış: 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Almaniya və digər Avropa ölkələrinə müraciət edərək onları Rusiya rəhbərliyini maliyyələşdirməyi dayandırmağa çağırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dövlət başçısı deyib: "Almanlar, sizin gücünüz var. Avropanın gücü istənilən raketlərdən, istənilən tanklardan güclüdür. Sizinlə ticarət olmadan, sizin şirkətlər və banklar olmadan Rusiyanın bu müharibə üçün pulu olmayacaq". 

Ukrayna Prezidentinin fikrincə, avropalılar öz limanlarını Rusiya tərəfi üçün bağlamalı, bu ölkəyə məhsul ixracını dayandırmalı və Rusiya enerji daşıyıcılarından imtina etməlidirlər: "Rusiyanın Ukraynadan getməsi üçün təzyiq göstərin. Mən inanıram, bilirəm ki, sülh mümkündür. Lakin siz sülhün gəlməsi üçün addımlar atmalısınız. Almaniyada hər bir şəxs, Avropada hər bir şəxs". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.