Dünya

Ərdoğan yenidən Putin və Zelenskini Türkiyəyə danışıqlara dəvət edib

18 Mart 2022 07:48
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatı açıqlanıb.

Milli.Az "report"-a istinadən bildirir ki, Ərdoğan və Putin Rusiya ilə Ukrayna arasında müharibədə son hadisələri və yerlərdə humanitar vəziyyəti müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, bir sıra məsələlərdə razılığa gəlmək üçün Rusiya Federasiyası və Ukrayna liderlərinin prezidentləri arasında şəxsi görüş tələb oluna bilər və bununla bağlı o, yenidən Putinlə Zelenskini İstanbul və ya Ankaraya görüşə dəvət edib.

Ərdoğan əmin olduğunu bildirib ki, (Ukraynada) atəşkəs elan olunsa, tərəflər ziddiyyətləri uzunmüddətli həll etmək imkanı əldə edəcəklər.

Türkiyə dövlətinin başçısı həmçinin (Ukraynadakı) humanitar dəhlizlərdən hər iki istiqamətdə səmərəli istifadənin və vəziyyətin yerində monitorinqinin vacibliyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.