Dünya

“Rusiya qüvvələri bütün istiqamətlərdə dayandırılıb” - Ukrayna

18 Mart 2022 07:11
0 Şərh     Baxış: 1 118
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya qüvvələri hücum potensialını itirib və bütün istiqamətlərdə dayandırılıb. Düşmənin maddi-texniki təminatı ilə bağlı ciddi problemləri var və itki verməkdə davam edir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda bildirilib.

"Ukrayna xalqının Rusiya hücumuna qarşı qəhrəmancasına müqavimətinin 22-ci günü başa çatır", - məlumatda qeyd olunub.

Yazılı açıqlamada Rusiya Silahlı Qüvvələrinin 4-cü Ordusunun 960-cı Hücum Aviasiya Alayının aviasiya hissələrinin xeyli itki verdiyi vurğulanıb.

Rusiyanın Qərb Hərbi Dairəsinin 252-ci motoatıcı alayının bölmələrinin xeyli itki verdiyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.