Bir müddət əvvəl Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov azadlığa buraxılıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko Teleqram kanalında yazıb.
"Melitopol meri İvan Fedorov artıq təhlükəsizlikdədir", - Timoşenko bildirib.
O, Fedorovun əsirlikdən azad edilməsi üzrə xüsusi əməliyyatın uğurla başa çatdığını qeyd edib.
"Vanya sağ-salamatdır və Prezident Volodimir Zelenski ilə telefonla danışıb. Çox yaxında İvan Ukraynanın Melitopol şəhərinin meri vəzifəsinə qayıdacaq", - Timoşenko bildirib.
Milli.Az