Dünya

Rusiya Ukraynada özgə bayrağı altında bioloji silah da işlədə bilər... - Britaniya MN

15 Mart 2022 10:24
0 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya, çox güman ki,  saxta bayraq altında kimyəvi və ya bioloji silahlardan yararlanmaqla  hücum planlaşdırır.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu məlumat Britaniya Müdafiə Nazirliyi "Twitter"-ində yayılıb. Məlumatda deyilir: 

"Ukraynanın kimyəvi və bioloji silahlardan istifadə etmək niyyətində olması ilə bağlı Rusiyanın ittihamları davam edir. Biz bu ittihamları təsdiq edəcək heç bir dəlil görmədik.

Rusiya saxta bayraq əməliyyatında kimyəvi və ya bioloji silahlardan istifadə etməyi planlaşdıra bilər. Belə bir əməliyyat saxta hücum, mərhələli "agentlərin və ya döyüş sursatlarının aşkarlanması və ya Ukraynanın guya bu cür silahlardan istifadə etməyi planlaşdırdığına dair uydurma sübutlar" şəklində ola bilər. Yalançı bayraq altında hücum, demək olar ki, müəllifliyi müəyyənləşdirməyi çətinləşdirən çoxlu dezinformasiyalarla müşayiət olunacaq".

Bundan əlavə, kəşfiyyat Rusiyanın 24 fevralda Ukraynanı işğalına haqq qazandırmaq üçün saxta bayraq altıdan keçiriləcək əməliyyatlardan istifadə edəcəyini ehtimal edir.

Bir müddət əvvəl NATO Rusiyanın Ukraynada kimyəvi hücum planlaşdıra biləcəyini söyləyib.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.