Dünya

İlk qurban Serbiya oldu, indi isə Ukraynadır

15 Mart 2022 11:12
0 Şərh     Baxış: 1 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və NATO-nun Şərqi Avropada hərbi ekspansiyası Ukraynada böhranın ilk səbəbidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yuqoslaviyanın sabiq xarici işlər naziri Jivadin Yovanoviç deyib.

Yovanoviç əlavə edib ki, Qərbin belə siyasətinin ilk qurbanı Serbiya olub. O xatırladıb ki, 1999-cu ildə ABŞ-ın rəhbərlik etdiyi alyans humanitar fəlakətin qarşısını almaq bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasının qərarından yan keçərək, təxminən üç aya yaxın Yuqoslaviyanı bombalayıb. Blokun hərbi təcavüzü çoxsaylı mülki əhalinin itkiləri və qaçqınlarla nəticələnib.

Diplomat hərbi genişlənmə və sanksiya təzyiqi siyasətinə son qoymağa çağırıb, belə məhdudiyyətlərin təhdidlər və ikili standartlarla yanaşı, sülhə xələl gətirdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.