Dünya

Dünya aclıqla üz-üzə: taxıl ixracı kəsildi

14 Mart 2022 16:00
0 Şərh     Baxış: 1 456
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Ukraynadan taxıl tədarükünün dayandırılmasına görə dünyanın bir sıra regionları ərzaq çatışmazlığı və aclıqla üzləşəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İngiltərənin "Qardian" qəzeti yazıb.

Qeyd edilib ki, Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da təhlükəli edir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyaya təsir edəcək:

"Taxıl və neftin qiymətləri sürətlə 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.