Dünya

Ukraynada təxliyə olunmağı gözləyən insanlara atəş açılıb

11 Mart 2022 23:05
0 Şərh     Baxış: 1 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyev vilayətinin Buça şəhərində rus hərbçiləri təxliyə olunmağı gözləyən insanlara atıcı silahlardan atəş açıb, bir nəfər yaralanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, faktla bağlı cinayət işi açılıb. 

İstintaqın məlumatına görə, hadisə baş verən gün - martın 11-nə keçən gecə Rusiya silahlı qüvvələri, eyni zamanda Brovarski rayonunun Barışevka kəndini qanadlı raketlərdən atəşə tutub. Nəticədə biri jurnalist olmaqla 6 nəfər xəsarət alıb. Yaşayış binalarına ziyan dəyib, infrastruktur obyektləri qismən dağılıb.

Prokurorluq onu da xatırladıb ki, bir gün əvvəl növbəti artilleriya hücumu nəticəsində Buçada yaşayış binaları dağıdılıb, yerli sakin qəlpə yaraları alıb, İrpendə isə hərbi əməliyyatlar nəticəsində ev partladılıb, bir nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.