Dünya

Ukrayna hərbçiləri Rusiyanın müharibə ilə bağlı planını ələ keçirdi

11 Mart 2022 11:54
Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hərbçiləri Rusiya prezidenti Vladimir Putinin NATO-ya qarşı döyüşmək planlarını əks etdirən sənədləri ələ keçirə bilib.

Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə Rusiyanın NATO ilə döyüşə hazırlığını göstərə biləcək qiymətli sənədləri ələ keçirib. Belə ki, Xerson və Nikolaevski yaxınlığındakı döyüşlərdə ələ keçirilən Rusiyaya məxsus sənədlərdə onun ehtimal olunan düşməni, o cümlədən ABŞ, Türkiyə, Yunanıstan və digər ölkələr haqqında broşürlər hazırlanıb.

Bundan əlavə, qeyd olunur ki, hər bir Rusiya hərbçisinə NATO ölkəsinin əsgərini müəyyən etmək üçün materiallar verilib.

Tsaplienko qeyd edib ki, ələ keçirilən sənədlərdə NATO ölkələrinin tanınma nişanları, onların hərbi geyimləri, aviasiya, artilleriya, zirehli və digər hərbi texnika təsvir edilib. O əlavə edib ki, bu, Putinin NATO bloku ölkələri və bütün dünya ilə mübarizə aparmaq niyyətindən xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.