Türkiyədə sərnişin avtobusu aşıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sivas şəhəri ərazisində qeydə alınıb.
İstanbul-Diyarbəkir istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetməni itirirək aşıb. Nəticədə 8 nəfər ağır olmaqla 34 nəfər yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Milli.Az