Türkiyədə avtobus aşıb, 34 nəfər yaralanıb - VİDEO

11 Mart 2022 09:36

Türkiyədə sərnişin avtobusu aşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sivas şəhəri ərazisində qeydə alınıb.

İstanbul-Diyarbəkir istiqamətində hərəkət edən sərnişin avtobusu idarəetməni itirirək aşıb. Nəticədə 8 nəfər ağır olmaqla 34 nəfər yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az