Dünya

Ukrayna və Rusiyanın taleyi bu oteldə həll olunub

10 Mart 2022 14:58
Baxış: 1 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında keçiriləcək görüş artıq başlayıb.

Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşün Antalyanın məşhur "Regnum Carya" otelində təşkil olunduğu bildirilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən görüş martın 10-da Bakı vaxtı ilə saat 10.00-da başlayıb.

Antalya Diplomatiya Forumunda 15 dövlət və hökumət başçısının, 67 nazirin iştirakı təsdiqlənib. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla 44 regional və beynəlxalq təşkilat təmsilçisi müzakirələrə qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.