Dünya

Tailandda neft tankerində güclü partlayış baş verib - VİDEO

9 Mart 2022 17:44
0 Şərh     Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 9-da çərşənbə günü səhər Tailandın mərkəzində, Banqkok yaxınlığında yerləşən Samut Prakan əyalətinin limanında güclü partlayış baş verib.

Milli.Az Vesti-yə istinadən xəbər verir ki, 1983-cü ildə inşa edilmiş və Tailand bayrağı altında üzən 75 metrlik "Smooth Sea 2" neft tankeri partlayıb.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb, daha bir nəfər ölüb. Hadisə zamanı gəmidə yük olmadığı və çənlərinin boş olduğu qeyd edilir.

Partlayışdan sonra tankerin göyərtəsində yanğın başlayıb və köməyə gələn yanğınsöndürənlər təxminən yarım saat ərzində onun öhdəsindən gələ biliblər.

Hazırda ekspertlər hadisənin səbəblərini və şəraitini müəyyənləşdirirlər.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.