Dünya

Ukrayna ərazisində hərbi münaqişə Almaniya cəmiyyətində ciddi sarsıntı yaradıb

9 Mart 2022 23:22
0 Şərh     Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ərazisində hərbi münaqişə Almaniya cəmiyyətində ciddi sarsıntı yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, on rəy sorğuları orduya çağırışın bərpa edilməsi tərəfdarlarının sayının artdığını göstərib.

Milli Səhiyyə İnstitutu tərəfindən aparılmış sosioloji sorğu nəticəsində məlum olub ki, almanların 47 faizi məcburi hərbi xidmət tətbiq olunmasını dəstəkləyir. Respondentlərin 37 faizi bu təşəbbüsün əleyhinədir, rəyi soruşulanların 19 faizi isə bu suala dəqiq cavab verə bilmədiyindən bitərəf qalıb.

Almaniya Federativ Respublikasında ümumi hərbi mükəlləfiyyət 2011-ci ildə sabiq müdafiə naziri Karl-Teodor Quttenberqin təşəbbüsü ilə ləğv edilib. İndi ümumi hərbi mükəlləfiyyət yalnız müstəsna hallarda və ölkənin təhlükəsizliyi üçün təhdid olduqda bərpa edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.