Dünya

Britaniya kəşfiyyatı: Rusiya Ordusu heç bir mühüm irəliləyiş əldə etməyib

9 Mart 2022 11:36
0 Şərh     Baxış: 1 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiyevin şimal-qərbində döyüşlər hələ də davam edir, Rusiya Ordusu heç bir mühüm irəliləyiş əldə edə bilməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Xarkov, Çerniqov, Sumı və Mariupol şəhərləri Rusiya Ordusunun mühasirəsində qalır və bu şəhərlər Rusiya tərəfindən ağır atəşə məruz qalmağa davam edir.

"Görünən odur ki, Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Rusiyanın müasir döyüş təyyarələrinə qarşı əhəmiyyətli uğur qazanıb və onların havaya istənilən dərəcədə nəzarət etməsinə mane olub", məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.