Dünya

"Rusiya Odessanı bombalamağa hazırlaşır" - Zelenski

6 Mart 2022 16:00
0 Şərh     Baxış: 3 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Odessanı bombalamağa hazırlaşır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Odessanı bombalamağa hazırlaşırlar. Odessa! Ruslar həmişə Odessaya gəliblər. Onlar burada həmişə isti və səmimi münasibət görüblər. İndi nə? Odessaya bomba? Odessaya artilleriya? Odessaya raketlər? Bu, tarixi bir cinayət olacaq" , - prezident vurğulayıb.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Rusiya genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır və Kiyevi ələ keçirmək ümidi yoxdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.