Dünya

Azərbaycanda heyvanlar çipləşdiriləcək

4 Mart 2022 17:24
0 Şərh     Baxış: 1 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vəhşi təbiətə dronla nəzarət sahəsində işlər davam etdirilir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, 2021-ci ilin yay ayı ərzində baş verən yanğınların izlənilməsi üçün dron çəkilişlər çox faydalı olub: "Bunun üçün də kənardan vəsait hesabına layihələr həyata keçirilir. Heyvanların izlənilməsi üçün çiplər alınır".

Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov isə qeyd edib ki, Hirkan Milli Parkında bəbir kameralar vasitəsilə müşahidə edilib: "Bu, Azərbaycanda ilk dəfə idi. Heyvanlar aləminin növ tərkibini kameralar vasitəsilə öyrənə bilirik. GPS-lər vasitəsilə heyvanları daha yaxşı izləyə bilirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.