Dünya

Simonyanın sanksiyalara qarşı nikah fotosu tənqid edildi - FOTO

4 Mart 2022 13:58
1 Şərh     Baxış: 2 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

41 yaşlı erməni jurnalist Marqarita Simonyanın evlənməsi ilə bağlı paylaşımı tənqid edilib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Simonyan sosial şəbəkə hesabında sevgilisi, rejissor Tiqran Keosayanla rəsmi şəkildə ailə həyatı qurduğu haqda foto paylaşıb: "Köhnə (amma ağ) donda və kardiqanda, sınmış dırnaqla, özüm etdiyim saç düzümü və makiyajda həyatımda ilk dəfə ərə getdim. Və sonuncu dəfə, əlbəttə".

Bu fotonun Rusiyaya qarşı olan saksiyalar fonunda paylaşılmağı birmənalı qarşılanmayıb. Belə ki, daha əvvəl M. Simonyan məhz sanksiyaları qeyd etmək üçün xüsusi gün axtardığını açıqlamışdı: "Biz Tiqranla hər ikimizə qarşı tətbiq olunmuş sanksiyaları necə qeyd edəcəyimizi fikirləşdik. Biz evlənmək qərarına gəldik!"

Qeyd edək ki, 10 ildir münasibətdə olan cütlüyün üç övladı var. 

Xatırladaq ki, Avropa İttifaqı "RT" telekanalının və "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru olan Marqarita Simonyan və T. Keosayana qarşı sanksiyalar tətbiq edib. Buna səbəb birincinin "DXR" və "LXR"ə pozitiv münasibəti, ikincinin isə Krımın Rusiyaya aid olduğunu deməsi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.