Dünya

Ukrayna “Bayraqdar”ları necə alır? - Türkiyədən CAVAB

4 Mart 2022 10:28
1 Şərh     Baxış: 3 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Ukraynaya "Bayraqdar" PUA-larını yardım olaraq vermir. Bu PUA-ları Ukrayna şəxsi şirkətdən pulunu ödəyərək alır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran deyib.

"Bayraqdar" - özəl müəssisənin məhsuludur. Ukrayna bu məhsulu almaq istədi və onlar arasında müqavilə imzalandı. Məhsul da göndərildi. Bütün dünyada belədir. Bu gün Rusiyada da, ABŞ-da da hərbi məhsulu özəl şirkətlər istehsal edir. Bu şirkətlər istədiyi sazişi bağlayıb, məhsulunu sata bilirlər. Türkiyə bu PUA-ları yardım olaraq verməyib. Əlbəttə, o ayrı məsələdir ki, biz bu PUA-larla fəxr edirik", - o bildirib.

Qeyd edək ki, Ukrayna 2018-2020-ci illərdə Türkiyədən 74 milyon dollar ödəyərək "Bayraqdar TM2" PUA-ları alıb.

Rusiya ilə döyüşdə "Bayraqdar"ların performansı qarşı tərəfin ciddi narahatlığına səbəb olub. Türkiyə şirkəti isə bu məhsulu Rusiyaya da satmağa hazır olduğunu bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.