Dünya

Rumıniyada qırıcı və hərbi helikopter qəzaya uğradı - VİDEO

3 Mart 2022 08:04
0 Şərh     Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniyanın MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb. Onun qalıqlarını axtarmağa gedən IAR-330 Puma hərbi helikopteri də eyni bölgədə yerə çırpılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyi Rumıniya mətbuatında xəbəri təsdiqləyib.

Məlumata görə, 112-yə zəng edən şəxs bir neçə təyyarə səsi eşitdiyini, sonra göydən nəyinsə düşdüyünü görüb və böyük partlayış olduğunu bildirib.

Rumıniya mətbuatında helikopterdə olan beş əsgərin həyatını itirdiyi qeyd edilib.

Rumıniya Müdafiə Nazirliyi heç bir dəqiq məlumata malik olmadıqlarını, yaxın saatlarda ətraflı məlumat verəcəklərini açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.