Dünya

Jitomirdəki hərbi bazaya raket hücumu - VİDEO

2 Mart 2022 12:24
0 Şərh     Baxış: 2 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Jitomirdə martın 1-də axşam saatlarında 95-ci hava hücumu briqadasının bazasına hava zərbəsi endirilib.

Milli.Az-ın Unian-a istinadən verdiyi məlumata görə, müvafiq videolar şəbəkədə yayılıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin 95-ci briqadasının bazasına endirilən zərbə bitişik yaşayış binalarına toxunub. İlkin məlumatlara görə, zərbə "Kalibr" qanadlı raketi ilə endirilib. Yaşayış binalarında yanğın olub. Hadisə yerində xilasedicilər işləyir.

Şəhərin meri Sergey Suxomlin bildirib ki, bomba yaşayış binasına düşüb, xəstəxananın şüşələri sındırılıb. Qurbanların sayı dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.