Dünya

“Bizi eşitməyiniz üçün xahiş edirik” - Ukraynalı müğənni

2 Mart 2022 10:18
0 Şərh     Baxış: 1 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı məşhur müğənni Dmitriy Monatik də bir çox həmkarı kimi ölkəsi üçün video-müraciət yayımlayıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqramda  video paylaşaraq Ukraynadakı mövcud vəziyyətdən danışıb.

"Mən həmişə yaradıcılığımla xəyallara sülh, yaxşılıq, sevgi, inam gətirməyə çalışmışam. Çoxunuz bizim konsertlərimizdə olmusunuz və orada həmişə sülh olub. İndi ölkə gözümüzün qarşısında dağılır. Bizi eşitməyiniz üçün xahiş edirik. Bu zaman Ukraynada dinc sakinlər ölməkdə davam edir. Mənə elə gəlir ki, insanların böyük bir gücü va. Ona inamımı itirmək istəmirəm. İnanıram ki, indi susmayan və həqiqəti söyləyən insanlar da bu müharibənin dayandırılmasına kömək edə bilərlər", - deyə Monatik vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.