Dünya

Avropa İttifaqının bütün hava məkanı Rusiya üçün bağlana bilər

27 Fevral 2022 15:22
0 Şərh     Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının bütün hava məkanına Rusiya təyyarələrinin girişinə qadağa qoyula bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi Aİ rəsmisinə istinadən məlumat yayıb.

Aİ xarici işlər nazirləri bu məsələni bu gün keçiriləcək iclasda müzakirəyə çıxaracaq.

Qeyd edilib ki, Aİ-yə üzv ölkələrin çoxu artıq hava məkanını Rusiya təyyarələri üçün bağlayıb, yaxud tezliklə belə qərar qəbul etməyə hazırlaşır.

Xatırladaq ki, Almaniya, Belçika, Danimarka, Avstriya, İrlandiya, İslandiya və digər Avropa ölkələri hava məkanlarına Rusiya təyyarələrinin girişini qadağan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.