Dünya

İlon Mask ultra zəngin statusunu itirdi

26 Fevral 2022 15:58
0 Şərh     Baxış: 1 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq planetdə heç kəsin sərvəti 200 milyard dollardan çox deyil.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, İlon Maskın varidatı dünənki ticarət sessiyasından sonra daha 13,3 milyard dollar azalıb və o, ultra zəngin statusunu itirib.

"Bloomberg Billionaires Index"-ə görə, "Tesla"nın sahibinin sərvəti hazırda 198,6 milyard dollardır.

Mask dörd gün dalbadal şirkət səhmlərinin düşməsi səbəbindən itkilərə məruz qalıb. Ukraynadakı vəziyyətlə əlaqədar dünya üzrə fond bazarlarının enişi fonunda milyarder küllli miqdarda zərər uğrayıb.

Ümumilikdə, ilin əvvəlindən Mask 71,7 milyard dollar itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.