Dünya

Zelenski Kiyevdə olduğunu sübut edən görüntü paylaşdı - VİDEO

25 Fevral 2022 21:45
2 Şərh     Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə olduğunu sübut edən video paylaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenskinin Prezident Aparatının qarşısındakı meydandan paylaşdığı videoda onunla birlikdə Prezident Aparatının əməkdaşları, baş nazir, "Xalqın qulluqçusu" fraksiyasının sədri də var.

"Fraksiya lideri buradadır, Prezident Aparatının rəhbəri buradadır, Baş nazir Şmiqal buradadır, Podolyak buradadır, prezident buradadır. Hamımız buradayıq. Hərbçilərimiz buradadır. Vətəndaşlar, ictimaiyyət buradadır. Biz hamımız buradayıq. Biz müstəqilliyimizi, dövlətimizi müdafiə edirik. Bundan sonra da belə olacaq",- deyə Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.