Dünya

Lukaşenko Ukrayna müdafiə naziri haqqında: "yaramaz" - VİDEO

24 Fevral 2022 15:36
2 Şərh     Baxış: 4 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus prezidenti Aleksandr Lukaşenko hərbçilərlə keçirdiyi toplantıda Ukraynada baş verən hadisələrə toxunub.

Milli.Az BELTA-a istinadən xəbər verir ki, prezident "Ukrayna müdafiə nazirinə bu qırğının başlamaması üçün Rusiya Baş Qərargahı ilə əlaqə saxlamağı tövsiyə etdim. Oraya zəng etdi? Zəng etmədi. O, münaqişənin başlaya biləcəyini bildiyi halda Moskvaya zəng belə etmədi", - Lukaşenko bildirib.

Belarus lideri həmçinin qeyd edib ki, Ukraynanın hərbi rəhbərliyi Belarus tərəfi ilə iki dəfə danışıqlar aparıb. "Qulaq asın, tarixdə elə hallar olub ki, Xruşşov gecə Kennediyə zəng edib termonüvə müharibəsini dayandırıb. Burada isə, görürsən, zəng etmək, telefonu götürmək belə çətin idi. Yaramaz!", - Lukaşenko vurğulayıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.