Dünya

Çexiya da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

21 Fevral 2022 12:54
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynada olan Çexiya vətəndaşları bu ölkəni tərk etməlidirlər".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

"Biz Rusiyanın hərəkətləri nəticəsində bu regionda (Ukraynanın şərqində - Red) yaranmış çox ciddi vəziyyəti müşahidə edirik. Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə daimi əlaqə saxlayırıq. Xarici İşlər Nazirliyi tezliklə Ukraynaya səyahətlə bağlı tövsiyələr dərc edəcək. Hazırda isə vətəndaşlarımızı Ukraynaya səfər etməməyə çağırmaq istəyirəm", - nazir deyib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada 114 Çexiya vətəndaşı var. Qeyd olunub ki, hazırda Çexiyanın Ukraynadkı səfirliyi və baş konsulluğu əsas funksiyalarını yerinə yetirməkdə davam edir.

Bundan başqa, Çexiya XİN yanında Ukraynaya humanitar yardımın göstərilməsi məsələlərini nəzərdən keçirmək üçün qrup yaradılıb. Yaxın vaxtlarda bu ölkəyə 10 milyon kron (təxminən 400 000 avro) dəyərində daha bir tibbi və humanitar yük göndəriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.