Dünya

"Ukraynaya əlavə silah-sursat tədarük etməyə hazırıq" - Polşanın Baş naziri

20 Fevral 2022 15:52
0 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Ukraynaya əlavə həcmdə silah-sursat tədarük etməyə hazırdır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mateuş Moravetski jurnalistlərə bildirib.

"Ukrayna ərazilərinin müdafiəsi üçün əlavə həcmdə silah verməyə hazırıq", - Moravetski deyib.

Polşanın Baş naziri xatırladıb ki, ölkəsi həmişə Ukraynaya hərbi-texniki yardımın tərəfdarı olub.

"Bir neçə gün əvvəl Brüsseldə yardım mümkün qədər təsirli olması barədə müzakirələrdə iştirak etdim. Hamı Avropanın üzərindən asılan təhlükəni başa düşür ki, bu da təkcə Ukrayna üçün deyil, bütün qitə üçün pisdir", - Moravetski qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.