Dünya

NATO əsgərlərinin hazırlıq səviyyəsini yüksəldir

19 Fevral 2022 08:52
0 Şərh     Baxış: 935
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

NATO "Rusiya Federasiyası ilə böhran" halında alyansın minlərlə əsgərinin hazırlıq səviyyəsini yüksəldir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət çevik reaksiya qüvvələrindən (NATO Response Force, NRF) gedir.

"NATO Rusiya ilə böhrana görə minlərlə əsgərin hazırlıq səviyyəsini yüksəldir", - mənbə bildirib.

Qeyd olunur ki, çevik reaksiya qüvvələri münaqişə bölgəsinə əvvəlki kimi 30 gün deyil, yeddi gün ərzində irəliləməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.