Dünya

“16 fevral diqqəti yayındırmaq üçün idi, hücum 20-si olacaq” - Məşhur nəşr

17 Fevral 2022 12:54
0 Şərh     Baxış: 1 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya hərbçiləri Ukraynaya fevralın 20-si hücum edə bilər".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Amerikanın "Politico" qəzeti yayıb.

Nəşr yazır ki, Rusiyanın Ukraynaya hücum edəcəyi digər tarix, yəni 16 fevral diqqəti əsas tarixdən yayındırmaq üçün deyilib.

Bildirilir ki, diqqətdə saxlanılması lazım olan dövr fevralın 20-dən sonra baş verəcək hadisələrdir. Belə ki, 16 fevralla bağlı narahatlıq diqqəti əsas tarixlərdən yayındırıb.

Ekspertlərin fikrincə, fevralın 20-si Belarusda Rusiya ilə birgə keçirilən hərbi təlimlər yekunlaşacaq və Moskvanın bundan sonrakı fəaliyyəti onun əsl motivlərini anlamağa imkan verəcək. Bundan əlavə, məhz fevralın 20-si Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı başa çatacaq.

Qeyd edək ki, "Politico" nəşri daha əvvəl Rusiyanın fevralın 16-sı Ukraynaya hücum edəcəyini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.