Dünya

Dünyada ən böyük kriptovalyuta fırıldaqçılığının üstü açıldı: 4,5 milyard dollar

10 Fevral 2022 15:12
0 Şərh     Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir həyatımıza daxil olan kriptovalyuta anlayışı bir çoxlarımız üçün hələ də xüsusi məna kəsb etməsə də, çoxu üçün mühüm investisiya və dolanışıq mənbəyinə çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, eyni zamanda, sürətlə böyüyən kriptovalyuta bazarı inanılmaz fırıldaqçılıq hekayələrinin mövzusu olmaqda davam edir. Buna ən yaxşı nümunə də İlya Liçtenşteyn və Hizer Morqan cütlüyü olub.

Belə ki, ABŞ-ın Nyu-York şəhərində misli görünməmiş "Bitkoin" fırıldaqçılığı eşidən hər kəsi təəccübləndirib.

34 yaşlı İlya Lixtenşteyn və 31 yaşlı Hizer Morqan dünən "Bitcoin"la bağlı fırıldaqçılıq ittihamı ilə həbs ediliblər. Onların ağlasığmaz qazanc şəbəkəsini ortaya çıxıb.

Çütlük 2016-cı ildən kriptovalyuta istifadə etməklə çirkli pulları yuyublar, 3,6 milyard dollar məbləğində fırıldaqçılıq ediblər.

Onların son dərəcə mürəkkəb üsullardan və saxta vəsiqələrdən istifadə etdikləri bildirilir.

Rəsmilər ələ keçirilən 3,6 milyard dolların federal məmurlar tərəfindən indiyə qədər ələ keçirilən ən böyük məbləğ olduğunu açıqlayıblar.

Evli cütlük 25 ilədək həbs cəzası ilə üzləşə bilər.

Onların əvvələr oğurladıqları kriptovalyutaların 71 milyon dollar olduğu və bu məbləğin hazırkı dəyərinin 4,5 milyard dollara çatdığı təxmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.