Dünya

Zelenski Almaniyanın xarici işlər naziri ilə görüşdən imtina edib

8 Fevral 2022 09:06
0 Şərh     Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə planlaşdırılan görüşü Almaniyanın "Şimal axını 2" qaz kəmərinə qarşı sanksiyalar və Kiyevə hərbi yardımla bağlı mövqeyi ilə razılaşmadığına görə ləğv edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə CNN telekanalının aparıcısı Ceyk Tapper Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat verib.

Tapper deyib ki, rəsmi olaraq görüşün ləğvi cədvəldəki dəyişikliklərlə izah edilib, lakin mənbənin sözlərinə görə, bunu Zelenski qəsdən edib: "Almaniya Şərqi Avropada və Kiyevdə getdikcə daha çox Qərb müttəfiqi deyil, Rusiyanın müttəfiqi kimi qəbul edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.