Dünya

20 il sonra bacı və qardaşları olduğunu öyrəndi - FOTO

1 Fevral 2022 16:12
0 Şərh     Baxış: 1 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BBC-nin aparıcısı və "X-Factor" yarışmasının keçmiş iştirakçısı Eşli Con-Baptist 20 yaşında bacı və qardaşlarının olduğunu öyrənib. Bu barədə onun özü danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, iki yaşından himayədar ailələrdə böyüyüb.

"18 yaşın olmamış beş fərqli ev arasında dolaşmağın necə bir şey olduğunu təsvir etmək mümkün deyil. Məndə heç vaxt ailə və nəyəsə aidiyyət hissi olmayıb", - deyə jurnalist etiraf edib.

Lakin bir müddət əvvəl haqqında heç nə bilmədiyi qardaşı onunla "Facebook"da əlaqə saxlayıb və deyib ki, jurnalistin ondan əlavə daha iki qardaşı və bir bacısı var.

"Bu, tamamilə dəlilik idi, çünki mən heç kimimin olmadığını düşünürdüm", - deyə Con Baptist bildirib.

"Övladlığa götürülməyiniz bacı-qardaşlarınızın olma ehtimalını istisna etmir, lakin heç kim mütləq şəkildə bunu sizə demir. Amma əminəm ki, hamı kim olduğunu və kiminlə bağlı olduğunu bilmək istəyir", - deyə  Con-Baptist sözlərini yekunlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.