Maraqlı

Bakıda avtobusda qəribə HADİSƏ: masa açıb hər kəsə tort payladı - VİDEO

26 Oktyabr 2025 14:30
Baxış: 568
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda ictimai nəqliyyatda qeyri-adi hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, paytaxt marşrutlarından birində sərnişin avtobusda masa açaraq tort paylayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc bir şəxsin avtobusun içində kiçik masa qurduğu, üzərinə tort qoyaraq digər sərnişinlərə dilim-dilim payladığı əks olunur. Hadisə zamanı avtobusdakı sərnişinlərin gülümsədiyi və həmin anı telefonla çəkdiyi görünür.

Maraqlı səhnə sosial şəbəkələrdə minlərlə baxış və yüzlərlə rəy toplayıb. İzləyicilər hadisəyə müxtəlif cür reaksiya veriblər. Bəziləri bunu pozitiv və əyləncəli addım, digərləri isə ictimai yerdə qaydalara zidd davranış kimi dəyərləndirib.

Hadisənin hansı marşrut xəttində baş verdiyi hələlik dəqiqləşdirilməsə də, görüntülər qısa zamanda bütün sosial platformalarda trendə çevrilib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.