Dünya

Bu ölkədə yaşı 22-dən aşağı olanlar avtobusa pul ödəməyəcək

1 Fevral 2022 08:22
0 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şotlandiyada yaşı 22-dən aşağı olan sakinlər avtobuslarda pulsuz gediş hüququ əldə ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı qərar ötən gün qüvvəyə minib.

Məlumata görə, yeni qayda təxminən 930.000 nəfəri əhatə edir.

Gediş haqqının bir qismi nəqliyyat şirkətlərinə Şotlandiya hökuməti tərəfindən ödəniləcək. Hökumət bu şirkətlərə yaşı 5-dən 15-ə qədər olan hər sərnişin üçün biletin qiymətinin 43,6 faizini və 16-21 yaşlarında olan hər sərnişin üçün biletin qiymətinin 81,2 faizini ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.