Dünya

Abxaziya və Cənubi Osetiya Gürcüstan deyil - Puşkov

28 Yanvar 2022 04:26
0 Şərh     Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birincisi, Abxaziya və Cənubi Osetiya artıq Gürcüstan deyil. Orada yaşayan xalqlar özləri ayrılmaq istəyib. Necə ki, vaxtilə kosovalılar Serbiyadan ayrılmışdı. O zaman NATO heç nə soruşmadı.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın Gürcüstan, Ukrayna və Moldovadan öz qoşunlarını çıxarmasını tələb etməsinə cavab olaraq deyib.

"Rus sülhməramlıları Dnestryanıda Rusiya vətəndaşlarını qoruyurlar və hərbi münaqişəyə imkan vermirlər. Moldova hökuməti bunu təkbaşına etməyə qadir deyil. Ukraynada isə rus qoşunu ümumiyyətlə yoxdur", - Puşkov bildirib.

Rus senator NATO Baş katibinə birinci özlərindən başlamağı və ABŞ və Türkiyə qoşunlarını Suriyadan, eləcə də Kosovadan çıxarmağı məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.