Dünya

Fransada peyvəndlə bağlı yeni qayda qüvvəyə minib

25 Yanvar 2022 08:33
0 Şərh     Baxış: 446
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransada vaksin vurdurmamış şəxslər üçün məhdudiyyətlər sərtləşdirilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sanitar buraxılış vəsiqəsi vaksin sertifikatı ilə əvəz olunur. Bu, o deməkdir ki, restoran, bar, kinoteatr, idman, əyləncə mərkəzləri, gözəllik salonları və təhsil müəssisələri yalnız tam vaksinasiya kursu keçmiş və ya bu yaxınlarda xəstəliyi keçirmiş şəxslər üçün açıq olacaq. Peyvənd sertifikatı olmadan, həmçinin iri ticarət mərkəzlərinə getmək, qatarla səfərlərə çıxmaq və daxili aviareyslərdən istifadə etmək mümkün deyil.

Bir gün əvvələdək Fransada peyvənd olunmamış şəxslər ictimai yerlərə neqativ test nəticəsi təqdim etməklə gedə bilirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.