Böyük Britaniyanın Aviasiya və dəniz nəqliyyatı üzrə keçmiş naziri Nusrat Qaninin vəzifədən uzaqlaşdırılmasının səbəbləri araşdırılacaq.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson təlimat verib. Qaninin iddiasına görə, o müsəlman olduğu üçün postundan uzaqlaşdırılıb.
Qeyd edək ki, Nusrat Qani 2018-ci ildə nazir postuna təyin olunmuşdu. Boris Consunun təkbaşına iqtidara gəlməsindən sonra Qani postundan uzaqlaşdırılıb.
Milli.Az