Dünya

ABŞ-da məktəbdə şagird güllələnib

22 Yanvar 2022 08:53
0 Şərh     Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Merilend ştatında şagird digər şagird tərəfindən güllələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə çatan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal binanı mühasirəyə alaraq, cinayətkarın hadisə yerindən yayınma ehtimalını aradan qaldırıblar.

Binada aparılmış axtarışlar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər 17 yaşlı məktəbli saxlanılaraq, nəzarət altına alınıb.

Qeyd olunur ki, yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri haqqında məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.