Dünya

Ayasofya və Topqapı Sarayı altında yeraltı tikililər tapıldı

19 Yanvar 2022 14:18
0 Şərh     Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər İstanbulun (Türkiyə) kult abidələri - Ayasofya, Topqapı sarayı və Müqəddəs İrini kilsəsinin altında 285 yeraltı tikili aşkar ediblər.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Doğan Haber Ajansı xəbər verir ki, arxeoloqlar Osmanlı dövrünə aid sənədləri tədqiq edib və onlardan əldə edilən məlumatlar əsasında tarixi yarımadada 285 yeraltı tikili aşkar ediblər. Onların arasında yeraltı sisternlər, quyular, su yolları və su anbarları var. Onların bir çoxu yararsız vəziyyətdədir, bəziləri artıq yoxdur.

Tədqiqat təxminən üç il davam etdi. Bu müddət ərzində elm adamları fotoşəkillər və videolar çəkdilər və tezliklə geniş ictimaiyyətə təqdim etmək niyyətindədirlər.
Eyni zamanda, İstanbulun altında Ayasofyaya aparan geniş tunel şəbəkəsinin olması ilə bağlı məşhur əfsanə arxeoloji işlər zamanı təsdiqini tapmadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.